media-1200x100

Çex Respublikasının Prezidenti Azərbaycan səfirinin etimadnaməsini qəbul edib

media-ads_728_90

Çex Respublikasının Prezidenti Petr Pavel Azərbaycanın bu ölkəyə təyin edilmiş yeni səfiri Yaşar Əliyevin etimadnaməsini qəbul edib.

“TV1” xəbər verir ki, bu barədə Petr Pavel “X” platformasındakı paylaşımında bildirib.

Yaşar Əliyev etimadnaməsini Çex Respublikasının Prezidentinə təqdim edib.

Xatırladaq ki, Yaşar Əliyev ötən ilin dekabrında Azərbaycanın Çex Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

media-ads_728_90
Paylaş