Ceyhun Bayramovla Hakan Fidan regiondakı təhlükəsizlik vəziyyətini müzakirə ediblər

media-ads_728_90

Martın 18-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Səudiyyə Ərəbistanına işgüzar səfəri çərçivəsində Türkiyə Respublikasının xarici işlər naziri Hakan Fidan ilə görüşüb.

“TV1” xəbər verir ki, Azərbaycan XİN-dən verilən məlumata görə, görüş zamanı tərəflər regionda mövcud təhlükəsizlik vəziyyəti və son inkişaflar ətrafında fikir mübadiləsi aparıblar.

Nazirlər regional sabitliyin qorunmasının, gərginliyin artmasının qarşısının alınmasının və beynəlxalq hüququn norma və prinsiplərinə, o cümlədən dövlətlərin suverenliyi və ərazi bütövlüyünə hörmətin vacibliyini vurğulayıblar.

Tərəflər Azərbaycan-Türkiyə müttəfiqliyinin regionda sülh və təhlükəsizliyin təmin olunmasında mühüm rol oynadığını qeyd edərək, mövcud çağırışlara qarşı birgə və əlaqələndirilmiş fəaliyyətin əhəmiyyətini diqqətə çatdırıblar.

Nazirlər həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparıblar.

media-ads_728_90
Paylaş