Corc Rassell Formula 1 Azərbaycan Qran-Prisinin qalibi olub
Bakıda keçirilən Formula 1 Azərbaycan Qran-Prisinin qalibi bəlli olub.
“TV1” xəbər verir ki, “Mercedes”in britaniyalı pilotu Corc Rassell bütün rəqiblərini qabaqlayaraq finişə birinci çatıb. Bu, Rassellin Bakıda ilk çempionluğu kimi tarixə düşüb.
“Red Bull”dan niderlandlı Maks Ferstappen ikinci, onun komanda yoldaşı İsak Hacar üçüncü olub.
Qeyd edək ki, Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışında hər birində iki pilot olmaqla 11 komanda mübarizə aparıb.








