media-1200x100

"Abituriyent məsləhət mərkəzləri" ilə bağlı VACİB MƏLUMAT

media-ads_728_90

Ali təhsil müəssisələrinə qəbul olmaq üçün ixtisas seçimi davam edir. Abituriyentlərə kömək etmək məqsədilə yaradılmış məsləhət mərkəzləri həftəsonu günlərində – avqustun 17-də və 18-də də fəaliyyət göstərəcəklər.

“TV1” xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin məlumatında bildirilir.

Məlumatda qeyd olunur ki, məsləhət mərkəzləri qeyd olunan günlərdə saat 10:00-dan 17:00-dək Bakı şəhəri üzrə Qərbi Kaspi, Azərbaycan, Bakı Biznes, Odlar Yurdu, Avrasiya, Memarlıq və İnşaat, Azərbaycan Texniki universitetlərində, Sumqayıt Dövlət Universitetində, Gəncədə Azərbaycan Dövlət Aqrar Universitetində, həmçinin Dövlət İmtahan Mərkəzinin Naxçıvan, Göyçay, Şəki, Xaçmaz, Lənkəran, Gəncə, Şirvan, Bərdə və Şəmkir regional bölmələrində fəaliyyət göstərəcəklər.

Xatırladaq ki, ali təhsil müəssisələrinə qəbul olmaq üçün ixtisas seçimi avqustun 9-da başlayıb və 19-dək davam edəcək.

Abituriyent məsləhət mərkəzlərinin ünvanları Dövlət İmtahan Mərkəzinin saytında yerləşdirilib.

 

media-ads_728_90
Paylaş