DİN Formula 1 Azərbaycan Qran-Prisi ilə əlaqədar əhaliyə müraciət edib

media-ads_728_90

Daxili İşlər Nazirliyi (DİN) Formula 1 Azərbaycan Qran-Prisi ilə əlaqədar əhaliyə müraciət ünvanlayıb.

‘’TV1’’ xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Bakı şəhərində keçirilən yarışla əlaqədar məhdudiyyət tətbiq olunduğu müddət ərzində paytaxt ərazisində sürücülərin və piyadaların mənzilbaşına təhlükəsiz çatmalarını, nəqliyyatın hərəkətinin fasiləsizliyini, eləcə də yarışın keçirildiyi ərazidə, “Fan” zonalarda təhlükəsizliyi təmin etmək məqsədilə polis əməkdaşları gücləndirilmiş rejimdə xidmətlərini davam etdirirlər.

Sürücülərdən və paytaxt sakinlərindən qeyd edilən müddət ərzində ictimai nəqliyyata üstünlük vermələri, polis əməkdaşlarının nizamlayıcı qismində verdikləri işarələrə düzgün əməl etmələri, səyahətlərini məhdudiyyət tətbiq olunmuş küçə və prospektlərə alternativ yollardan keçməklə planlaşdırmaları tövsiyə edilir.

media-ads_728_90
Paylaş