media-1200x100

Dini bayramda səhnə çökdü – 6 ölü, 50 yaralı

media-ads_728_90

Hindistanın Uttar-Pradeş mərkəzi ştatında keçirilən dini bayramda səhnənin çökməsi nəticəsində 6 nəfər ölüb, 50-dən çox insan yaralanıb.

“TV1” xəbər verir ki, bu barədə NDTV telekanalı məlumat yayıb.

Məlumata görə, bambukdan hazırlanmış platforma məbədlərdən birinin yaxınlığında quraşdırılıb. Yüzlərlə insan platformaya çıxıb və nəticədə konstruksiya çöküb. Hadisə yerində təşviş yaranıb.

Bildirilib ki, xəsarət alanlar arasında polis əməkdaşları da var. Yaralılar xəstəxanalara yerləşdirilib.

Hadisə ilə bağlı araşdırma aparılır.

media-ads_728_90
Paylaş