DİQQƏT! Bakıda şaxtalı gecələr olacaq - Bu tarixlərdə
Gözlənilən hava şəraiti ilə bağlı növbəti xəbərdarlıq yayılıb.
Milli Hidrometeorologiya Xidmətindən “TV1”-ə verilən məlumata əsasən soyuq dövrün ən aşağı temperaturu fevralın 24-ü axşamdan 25-i səhərədək gözlənilir.
Belə ki, Bakıda və Abşeron yarımadasında havanın minimal temperaturu 5-8, Aran rayonlarında 4-9, dağlıq rayonlarda 13-18, yüksək dağlıq ərazilərdə 20-25 dərəcə şaxta olacaq.
Yollar buz bağlayacaq.