Dubay-Təl-Əviv reysi ilə uçan daha bir təyarə geri qaytarılıb
Dubay-Təl-Əviv aviareysi ilə uçan daha bir sərnişin təyyarəsinə geri dönmək göstərişi verilib.
“TV1” xəbər verir ki, bu barədə İsrail televiziyasının 12-ci kanalı məlumat yayıb.
Məlumata görə, təyyarə Birləşmiş Ərəb Əmirliklərinə qayıdır. Hadisə ilə bağlı dig.ər təfərrüatlar açıqlanmayıb.
Bundan əvvəl “Flydubai” şirkətinə məxsus “Boeing 737 MAX” təyyarəsi göyərtədə baş verən insident səbəbindən Dubaydan Təl-Əvivə uçuş zamanı Səudiyyə Ərəbistanına məcburi eniş edib. İlkin versiyaya görə, pilotlardan biri digər pilotu bıçaqla vurub, bundan sonra təyyarə sürətlə hündürlük itirməyə başlayıb. İsrail hakimiyyəti hadisənin terror aktına cəhd olması versiyasını nəzərdən keçirir.








