Dünya çempionatı: Gültac Məmmədəliyeva 1/4 finala yüksəlib
Azərbaycan cüdoçusu Gültac Məmmədəliyeva Bakıda keçirilən dünya çempionatında 1/4 finala yüksəlib.
“TV1” xəbər verir ki, 52 kq çəki dərəcəsində çıxış edən idmançı 1/8 finalda Avstraliya təmsilçisi Tinka Eastonla üz-üzə gəlib.
Rəqibini məğlub edən G.Məmmədəliyeva növbəti mərhələyə vəsiqə qazanıb. O, 1/4 finalda italiyalı Odette Qıuffrida ilə qarşılaşacaq.
Bu gün tatamiyə çıxan Nizami İmranov, Turan Bayramov və Ruslan Paşayev (hamısı 66 kq) mübarizəni dayandırıblar.








