media-1200x100

Dünyada Azərbaycan və Türkiyə kimi sıx əlaqədə olan başqa dövlətlər yoxdur - Birol Akgün

media-ads_728_90

“Azərbaycan və Türkiyə arasında olan sıx əməkdaşlıqda hər iki ölkənin dövlət başçılarının güclü liderliyi və bənzəri olmayan qardaşlığı mühüm rol oynayır. Dünyada Azərbaycan və Türkiyə kimi sıx əlaqədə olan başqa dövlətlər yoxdur”.

“TV1” xəbər verir ki, bu sözləri Türkiyənin ölkəmizdəki səfiri Birol Akgün Azərbaycan və Türkiyə arasında “Media Məkanında Strateji Əməkdaşlıq Memorandumu”nun 5 ili: Birgə fəaliyyətə baxış, gələcək hədəflər” mövzusunda keçirilən dəyirmi masada deyib.

O qeyd edib ki, hər iki ölkənin sevinci və kədəri birdir.

Diplomat həmçinin vurğulayıb:

“Gələcək illərdə ölkələrimizin media subyektləri və nümayəndələri arasında qardaşlıq əlaqələrinin daha da genişlənəcəyinə inanıram”.

media-ads_728_90
Paylaş