media-1200x100

DYP əməkdaşlarını şərləyən sürücü barədə CƏZA 

media-ads_728_90

Bəzi sosial şəbəkə səhifələrində Bakıda “KamAZ” markalı yük avtomobilinin sürücüsünün hərəkətləri ilə bağlı qərəzli iddialar yayılıb.

“TV1” xəbər verir ki, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən  əslində onun özünə xəsarət yetirdiyi, avtomobili zədələyib məsuliyyətdən yayınmaq üçün qərəzli hərəkətləri ilə ətrafda olan şəxslərin diqqətini çəkməyə cəhd etdiyi bildirilib.

DYP-dən deyilib ki, paytaxt yollarında təhlükəsizliyin təmin olunması və tıxacların qarşısının alınması məqsədi ilə günün müəyyən saatlarında yük avtomobillərinə tətbiq olunan giriş məhdudiyyətlərinin tələbini pozduğu üçün yük avtomobilinə “saxla” işarəsi verilib.

Qaydalara əməl etməyən sürücü barədə qanunamüvafiq tədbir görülüb.

media-ads_728_90
Paylaş