media-1200x100

Əcnəbilərin Azərbaycanda müvəqqəti olma müddətinin uzadılması haqqında qərara dəyişiklik edilir

media-ads_728_90

Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycanda müvəqqəti olma müddətinin uzadılması haqqında qərara dəyişiklik edilir.

“TV1” xəbər verir ki, bu, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan bir sıra qanun layihələrində öz əksini tapıb.

Layihəyə əsasən, Azərbaycanda müvəqqəti olma müddətinin uzadılması haqqında qərarda göstərilən məlumatlar Elektron Hökumət İnformasiya Sistemi üzərindən təqdim edilə (əldə edilə) bilər.

Bu qərarda göstərilən məlumatların Elektron Hökumət İnformasiya Sistemi üzərindən təqdim edilməsi həmin qərarın təqdim edilməsinə bərabər tutulur.

media-ads_728_90
Paylaş