media-1200x100-50faiz

Əhalinin banklardakı əmanətləri 14,7 mlrd. manata çatıb

media-ads_728_90

Azərbaycanda əhalinin banklardakı əmanətləri yanvar ayında ən pik həddə çatıb.

“TV1” xəbər verir ki, bu barədə Mərkəzi Bankın məlumatında bildirilir.

Qeyd olunur ki, bu il fevralın 1-nə əhalinin banklardakı əmanətləri (Bura fərdi sahibkarlıqla məşğul olan fiziki şəxslərin depozitləri də daxil ) 14 mlrd. 698.7mln. manat təşkil edib. Bu isə əvvəlki ayla müqayisədə 0,2% və ya 36,8 mln. manat çoxdur.

Ötən ilin sonuna bu rəqəm 14 mlrd. 661,9 mln. manat təşkil edib.

Fiziki şəxslərin əmanətlərinin 66%-i (9,497 mln. manat) milli valyutada, 34%-i (4,888.4 mln. manat) xarici valyutadadır. Fiziki şəxslərin əmanət portfelinin 60.8%-i (8,746.8 mln. manat) müddətli əmanətlərdən ibarətdir. Fiziki şəxslərin müddətli əmanətləri yanvar ayında 1.7% və ya 146 mln. manat artıb.

Qeyd edək ki, əhalinin banklardakı əmanətlərinin həcmi 2021-ci ildən etibarən davamlı artım tendensiyası nümayiş etdirib.

media-ads_728_90
Paylaş