Emin Əmrullayev təhsilalanları, müəllimləri Bilik Günü münasibətilə təbrik edib
Elm və təhsil naziri Emin Əmrullayev şagirdləri, tələbələri, müəllimləri, valideynləri və təhsil işçilərini Bilik Günü münasibətilə təbrik edib.
“TV1” xəbər verir ki, nazir bununla bağlı sosial şəbəkə hesabında paylaşım edib.
“Əziz şagirdlər, tələbələr, müəllimlər, valideynlər və bütün təhsil işçiləri. Bu gün məktəbə ilk dəfə qədəm qoyan balalarımız, yenidən təhsil həyatına qayıdan şagird və tələbələrimiz, onları sevgi və məsuliyyətlə qarşılayan müəllimlərimiz üçün xüsusi gündür. Yeni tədris ilinin bütün təhsilalanlar, müəllimlər və təhsil ictimaiyyəti üçün uğurlu və məhsuldar olmasını arzulayıram. Bilik Gününüz mübarək”, – nazir yazıb.








