media-1200x100

Ərəb ölkələri Trampın fələstinlilərin Qəzzadan köçürülməsi təklifini rədd edib

media-ads_728_90

Ərəb ölkələri ABŞ Prezidenti Donald Trampın fələstinlilərin Qəzzadan İordaniya və Misirə köçürülməsi ilə bağlı təklifini rədd edib.

“TV1” “Associated Press”ə istinadən xəbər verir ki, bu barədə Misir, İordaniya, Birləşmiş Ərəb Əmirlikləri, Qətər, Fələstin dövləti və Ərəb Dövlətləri Liqası Qahirədə keçirilən görüş zamanı birgə bəyanat yayıblar.

Bəyanatda bildirilib ki, Trampın təklif planı regiondakı sabitliyə təhlükə yarada və konfliktin genişlənməsinə səbəb ola bilər.

media-ads_728_90
Paylaş