Erməni batalyonu “Arbat”ın yaradıcısı Moskvadakı partlayışda ölüb
Moskvada partlayış nəticəsində yaralanan Ukraynada Rusiya tərəfində döyüşən erməni batalyonu “Arbat”ın yaradıcısı Armen Sarkisyan ölüb.
“TV1” xəbər verir ki, bu baradə Rusiya teleqram kanalları məlumat yayıb.
Bildirilib ki, ağır vəziyyətdə reanimasiyaya yerləşdirilən Sarkisyan həyatını itirib.