media-1200x100

Ermənistan arbitraj işi üzrə Azərbaycanın iddia sənədini alıb

media-ads_728_90

Ermənistan arbitraj işi üzrə Azərbaycanın iddia sənədini alıb.

“TV1” xəbər verir ki, bu barədə Ermənistanın beynəlxalq hüquq məsələləri üzrə nümayəndəsinin Ofisindən bildirilib.

Məlumata görə, Rəsmi İrəvan 12 fevral 2025-ci il tarixində Azərbaycan tərəfinin Haaqa şəhərində yerləşən Daimi Arbitraj Məhkəməsinin mənzil-qərargahında 1979-cu il tarixli “Avropanın canlı təbiətinin və təbii mühitinin qorunması haqqında” Konvensiya (“Bern Konvensiyası”) əsasında Ermənistana qarşı arbitraj işi üzrə iddia sənədini alıb.

Qeyd edək ki, Azərbaycan Ermənistana qarşı arbitraj işi üzrə iddia sənədini təqdim edib. Azərbaycan Ermənistandan tam təzminat tələb edir.

Xatırladaq ki, bir necə il əvvəl aparılmış hesablamalara görə, Ermənistanın 1988-ci ildən başlayaraq, Azərbaycana vurduğu maddi ziyan 440 milyard dollar hesablanırdı.

media-ads_728_90
Paylaş