Ermənistan–Azərbaycan sərhədinin demarkasiyası TRIPP layihəsi üçün vacibdir - Paşinyan

media-ads_728_90

Ermənistan–Azərbaycan sərhədinin demarkasiyası “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) nəqliyyat dəhlizi layihəsinin həyata keçirilməsi üçün zəruridir.

“TV1” xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan brifinq zamanı bildirib.

“Hazırda müəyyən iş prosesləri gedir və münasib məqam yaranan kimi demarkasiya prosesi davam etdiriləcək. Bunlar yerində baş verəcək, çünki kommunikasiyaların və TRIPP layihəsinin işə salınması üçün ən azı sərhədin bu hissələri demarkasiya olunmalıdır”, – deyə N.Paşinyan sərhədlərin delimitasiyası və demarkasiyası prosesinin hansı mərhələdə olduğu barədə suala cavab verərkən bildirib.

O qeyd edib ki, hazırda ərazidə aktiv işlər aparılır və bu barədə məlumat veriləcək:

“Hazırda bu incəliklərin nəzərə alınması üçün sənədlərin hazırlanması istiqamətində iş aparılır”.

Qeyd edək ki, avqustun 8-də Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan ABŞ Prezidentinin iştirakı ilə birgə bəyannamə imzalayıblar. Sənəddə regional əlaqələrin bərpası çərçivəsində Zəngəzur dəhlizinin (“Tramp marşrutu”) istifadəyə verilməsi nəzərdə tutulur. Bununla yanaşı, iki ölkənin xarici işlər nazirləri “Sülh və Dövlətlərarası Münasibətlər haqqında” Sazişi paraflayıblar.

media-ads_728_90
Paylaş