Ermənistanda ehtiyatda olan əsgərlər orduya çağırılır
2025-ci il fevralın 4-dən aprelin 18-dək Ermənistanda ehtiyatda olan hərbçilərin təlim-məşq toplanışlarının keçirilməsi planlaşdırılır.
“TV1” xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin təqdim etdiyi qərar layihəsində bildirilib.