Ermənistan-İran-Hindistan görüşü baş tutmadı
Ermənistan, İran və Hindistanın iştirakı ilə yeni ticarət marşrutunun işə salınması ilə bağlı sentyabr ayında planlaşdırılan üçtərəfli görüş baş tutmayıb.
“TV1” xəbər verir ki, bu barədə Ermənistan İqtisadiyyat Nazirliyi məlumat verib.
“Qeyd olunan görüş İranda baş verən məlum hadisələr səbəbindən baş tutmayıb”, – deyə məlumatda bildirilir.
Qeyd edək ki, planlaşdırılan marşrutla Hindistan və Fars körfəzi limanlarından Avropaya yüklər Ermənistan və Gürcüstan üzərindən daşınacaq. Sxemə əsasən, Hindistanın Mumbay limanından yüklər Çabahara, sonra quru yolla Ermənistana, daha sonra isə Gürcüstana nəql olunmalıdır. Gürcüstan limanlarından isə yüklər ya Bolqarıstan və Yunanıstana, ya da “Yuxarı Lars” vasitəsilə Rusiyaya çatırılmalıdır.