Ermənistan Konstitusiya Məhkəməsi Azərbaycanla delimitasiya üzrə komissiyanın reqlamentini təsdiqləyib
Ermənistan Konstitusiya Məhkəməsi Ermənistan-Azərbaycan sərhədlərinin delimitasiyası üzrə hökumətlərarası birgə komissiyanın fəaliyyət reqlamentini nəzərdən keçirib.
“TV1” xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.
Bildirilir ki, Konstitusiya Məhkəməsi tərəflər arasında avqustun 30-da imzalanan sənədin reqlamentini təsdiq edib.