Ermənistan Rusiyanın yardımı olmadan Türkiyə və Azərbaycana gedən dəmiryol xətlərinin yenidən qurulmasına başlayacaq - Paşinyan

media-ads_728_90

Ermənistan hökuməti Rusiyanın yardımı olmadan Türkiyə və Azərbaycana gedən dəmiryol xətlərinin yenidən qurulmasına başlayacaq.

“TV1” xəbər verir ki, bu barədə baş nazir Nikol Paşinyan bəyan edib.

O qeyd edib ki, Türkiyə tərəfində artıq işlərə başlanılıb, dəmir yolu açılacaq:

“Yerasx qovşağının da yenidən qurulmasına başlayacağıq”.

N.Paşinyanın sözlərinə görə, Rusiyanın güzəştə getməsinə baxmayaraq, İrəvan Moskvasız, öz vəsaiti hesabına işə başlayır: “Ermənistan hökuməti bunu öz üzərinə götürəcək, biz dəmir yolunu təmir edəcəyik, bərpa edəcəyik və dəmir yolu yenidən açılacaq.

Bunu Moskvaya siqnal kimi başa düşmək lazımdır – mineral su, konyak və güllərin idxalına qoyulan qadağa heç bir effekt verməyib.

media-ads_728_90
Paylaş