media-1200x100

Ermənistan tərəfindən su resurslarımızın çirklənməsi ilə bağlı araşdırmalar davam etdirilir - RƏSMİ

media-ads_728_90

Ermənistan tərəfindən su resurslarımızın çirklənməsi ilə bağlı araşdırmalar davam etdirilir.

“TV1” xəbər verir ki, bu sözləri Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsinin rəisi Elnur Musayev Naxçıvan Dövlət Universitetinin Beynəlxalq Məktəbində “Ətraf mühitin gücləndirilməsi: Maarifləndirmə və hüquq mühafizə tədbirlərinin rolu” ECOLEAD layihəsi çərçivəsində “Ekoloji su hüquqpozmalarının iqlim dəyişikliyinə təkan verməsi” mövzusunda Elmi-Praktiki Konfransda deyib.

“Ermənistan ərazisində qanunsuz fəaliyyət göstərən müəssisələrin fəaliyyətinin dayandırılması məqsədilə beynəlxalq təşkilatlara, habelə xarici ölkələrin ekoloji nəzarət qurumlarına sorğular verilib, su nümunələri götürülərək çirklənmənin təsir dairəsi müəyyən edilir. Toplanmış materiallara hüquqi qiymət veriləcək” – deyə Elnur Musayev əlavə edib. /apa/

media-ads_728_90
Paylaş