media-1200x100

Ermənistanda delimitasiya üzrə komissiyaların işi haqqında əsasnaməyə baxılacaq

media-ads_728_90

Ermənistan Konstitusiya Məhkəməsi Azərbaycanla sərhədlərin delimitasiyası üzrə komissiyaların işi haqqında əsasnamə ilə bağlı mövqeyini bildirəcək.

“TV1” xəbər verir ki, bu barədə Konstitusiya Məhkəməsinin sədri Arman Dilanyan jurnalistlərə açıqlamasında bildirib.

Məhkəmə İrəvan və Bakının imzaladığı sənədin Konstitusiyaya uyğunluğunu yoxlamalıdır.

Qeyd edək ki, bundan əvvəl sənəd Ermənistan hökumətinin iclası zamanı təsdiq edilib. Konstitusiya Məhkəməsində sənəd baxıldıqdan və müsbət nəticə əldə olunduqdan sonra parlamentdə müzakirə ediləcək.

media-ads_728_90
Paylaş