Ermənistanda güclü zəlzələ olub
Ermənistanın Lori bölgəsində 4,6 maqnitudalı zəlzələ olub.
“TV1” xəbər verir ki, yeraltı təkan yerli vaxtla saat 09:27-də Spitak şəhəri yaxınlığında qeydə alınıb.
Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayaraq bildirib ki, Ermənistanda baş verən zəlzələ Kars vilayətində də hiss olunub.
Məlumata görə, zəlzələ həmçinin Gürcüstanda da hiss edilib.