Ermənistanı Rusiya ilə birləşdirən yol bağlanıb
Ermənistanı Rusiya ilə birləşdirən Gürcüstanın “Yuxarı Lars” beynəlxalq keçid məntəqəsi yük maşınları üçün hər iki istiqamətdə bağlanıb.
“TV1” xəbər verir ki, Ermənistanın Rusiya Federasiyasındakı səfirliyinin gömrük attaşesi Vaan Akopyan “SputnikArmenia”ya açıqlamasında bildirib.
O bildirib ki, Mtsxeta-Stepantsminda-Lars avtomobil yolunun Qudauri-Kobi hissəsində qar yağması ilə əlaqədar qoşqulu və yarımqoşqulu nəqliyyat vasitələrinin hərəkəti qadağan edilib.
Bildirilib ki, yol minik avtomobilləri üçün açıqdır.