Sülh müqaviləsi layihəsinin müzakirələri dayanmayıb - Alen Simonyan
“Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi layihəsinin müzakirələri dayanmayıb. Proses təkliflər və müzakirələr məntiqində irəliləyir”.
“TV1” xəbər verir ki, bunu Ermənistan parlamentinin sədri Alen Simonyan brifinq zamanı bildirib.
“Proses dayandırılmayıb. COP 29-un Bakıda keçirilməsi ilə əlaqədar müəyyən müddət fasilə yaranıb, Azərbaycan tərəfi bunun iş yükü ilə bağlı olduğunu bildirib. Biz müsbət mərhələdəyik. Müsbət dinamika var”, – deyə A.Simonyan vurğulayıb.