Ermənistanla Fələstin arasında diplomatik münasibətlərin qurulmasına dair sənəd imzalanıb
Ermənistanla Fələstin dövləti arasında diplomatik münasibətlər qurulub.
“TV1” xəbər verir ki, bununla bağlı kommunike BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən 79-cu Sessiyası çərçivəsində imzalanıb.
Sənədi Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla fələstinli həmkarı Məhəmməd Mustafa imzalayıblar.