Ermənistanla razılığa gəlmək mümkündür - RƏSMİ BAKI
“Azərbaycana qarşı aqressiyalara baxmayaraq, Ermənistanla razılığa gəlmək mümkündür”.
“TV1” xəbər verir ki, bu barədə Azərbaycanın xarici işlər nazirinin müavini Elnur Məmmədov Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin təşkil etdiyi “Azərbaycan-Ermənistan arasında sülh sazişinə başlıca maneə” mövzulu beynəlxalq konfransda deyib.
“İnanıram ki, qarşı tərəf səsimizi eşidəcək, Qafqazda sülhə və tərəqqiyə nail olacağıq”, – deyə nazir müavini əlavə edib.