Filadelfiyada QƏZA - Təyyarə yaşayış massivinin üzərinə düşüb - VİDEO
Filadelfiyanın şimal-şərqində təyyarə yaşayış binalarının yaxınlığında qəzaya uğrayıb. Təyyarə yaşayış massivinin üzərinə düşüb.
“TV1” xəbər verir ki, verilən ilkin məlumatlarda yaşayış binalarında yanğın olduğu qeyd edilib.
Bundan başqa, təyyarənin qəzaya uğraması nəticəsində qaz kəməri zədələnib və bu da əlavə güclü yanğın mənbəyinə səbəb olub.
Qeyd edək ki, “Lir 55” tibbi təyyarəsi qəzaya uğrayıb. Təyyarədə altı nəfər olub – iki pilot, iki həkim, bir xəstə və onun ailə üzvü. Təyyarədə olan şəxslərin hamısının həlak olduğu deyilir. Bundan əlavə, təyyarənin düşdüyü yerdə yaralananların olduğu bildirilir.