Formula 1: Corc Rassel ikinci sərbəst yürüşü də ilk sırada başa vurub

media-ads_728_90

Formula 1 Azərbaycan Qran-Prisində ikinci sərbəst yürüş yekunlaşıb.

“TV1”  xəbər verir ki, yürüşdə hər biri iki pilotdan ibarət 11 komanda mübarizə aparıb.

“Mercedes”in britaniyalı pilotu Corc Rassel birinci olub. Onun komanda yoldaşı Kimi Antonelli ikinci, “Red Bull”un niderlandlı sürücüsü Maks Ferstappen üçüncü yeri tutub.

Birinci sərbəst yürüşdə də ən yaxşı nəticəni C.Rassel göstərmişdi.

Qeyd edək ki, Azərbaycan Qran-Prisinə sentyabrın 26-da yekun vurulacaq.

media-ads_728_90
Paylaş