"Formula 2": Azərbaycan Qran-prisində kütləvi qəza olub, yarışda fasilə yaranıb
“Formula 2” üzrə Azərbaycan Qran-prisində kütləvi qəza baş verib.
“TV1” xəbər verir ki, hadisə birinci əsas yarışda qeydə alınıb.
Bir neçə bolid qəza törədib.
Nəticədə qırmızı bayraq qaldırılıb və sessiya müvəqqəti dayandırılıb.
Qeyd edək ki, Qran-pri sentyabrın 26-da başa çatacaq.








