Fransada 300-dən çox məktəbdə etiraz aksiyaları keçirilir - YENİLƏNİB

media-ads_728_90

Fransada şagirdlərin iştirakı ilə 316 məktəbdə etiraz aksiyaları və ya iğtişaşlar baş verir.

“TV1”  xəbər verir ki, bu barədə Fransa mediası ölkənin Təhsil Nazirliyinin məlumatına istinadən bildirir.

“Günortaya qədər 40 orta məktəb tamamilə bloklanıb, daha 44 məktəbdə isə buna cəhd edilib. Bütün Fransa ərazisindəki orta məktəblərdə keçirilən aksiyalar nəticəsində 40 nəfər həbs edilib. Ən azı 10 nəfər, o cümlədən şagirdlər və məktəb işçiləri yaralanıb”, – məlumatda bildirilir.

Milli Orta Məktəb Müəllimləri Həmkarlar İttifaqının məlumatına görə, bütün Fransa üzrə məktəb işçilərinin 38 %-i tətildə iştirak edir. Aksiyalara müəllimlər, məktəb məsləhətçiləri, psixoloqlar, xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün müəllim köməkçiləri və təhsil sahəsindəki digər mütəxəssislər qoşulub.

xxx

Fransada dövlət sektoru işçilərinin etiraz aksiyası zamanı bir sıra orta məktəblər bloklanıb və ya bloklanma cəhdlərinə məruz qalır. Bir həftə ərzində 180 təhsil müəssisəsi bloklanıb.

“TV1” xəbər verir ki,  xəbər verir ki, bu barədə Fransa mediası məlumat yayıb.

Yerli medianın məlumatına görə, müəllimlərin, tibb işçilərinin, vergi müfəttişlərinin, bələdiyyə və regional xidmət əməkdaşlarının, eləcə də yanğınsöndürənlərin iştirakı ilə ölkədə 160 nümayiş planlaşdırılıb. Əsas tələb geri qayıdan inflyasiya şəraitində əməkhaqqının artırılmasıdır.

Etirazçılara müəllim və işçi heyəti çatışmazlığı probleminin həllini tələb edən və siniflərdə şagird sayının həddindən artıq çox olmasına qarşı çıxan məktəblilər də qoşulub.

Təkcə Parisdə ən azı 10 orta məktəb bloklanıb. Paris regionunda ümumilikdə 28 orta məktəb bloklanıb və bu proses ölkənin digər ərazilərinə də yayılıb. Nitsa, Marsel və Lildə də məktəblər bloklanıb.

Bəzi məlumatlara görə, təxminən 10 məktəbli, 8 təhsil işçisi və 12 güc strukturu əməkdaşı xəsarət alıb.

Minaatanlardan atəş açıldığı və hüquq-mühafizə orqanlarının əməkdaşlarına tərəf mərmilərin atıldığı, həmçinin zibil qutularının yandırıldığı bildirilir. 14 nəfər saxlanılıb.

 

media-ads_728_90
Paylaş