media-1200x100

G7 ölkələrinin Suriya hökuməti ilə bağlı AÇIQLAMASI

media-ads_728_90

G7 ölkələri Suriyada qalan kimyəvi silah ehtiyatlarının təhlükəsizliyini təmin və məhv etmək üçün Kimyəvi Silahların Qadağan Edilməsi Təşkilatı (OPCW) və digər tərəfdaşlarla əməkdaşlığı davam etdirəcək.

“TV1” xəbər verir ki, “CNN”in məlumatına görə, bununla bağlı G7 ölkələrinin liderləri açıqlama yayıb.

Açıqlamada Bəşər Əsədin törətdiyi cinayətlərə görə məsuliyyət daşımalı olduğu vurğulanıb.

“İnanırıq ki, Suriyanın idarə olunmasında iştirak etmək istəyən hər kəs bütün suriyalıların hüquqlarına sadiqlik nümayiş etdirəcək, dövlət qurumlarının dağılmasının qarşısını alacaq, ölkənin yenidən qurulması və reabilitasiyası üçün çalışacaq. Suriyanın təhlükəsizliyi üçün lazımi şəraiti təmin edəcək. Bütün suriyalıların müdafiəsinə, şəffaflığa və hesabatlılığa hörmət edən etibarlı, əhatəli və məzhəbsiz hökumətə gətirib çıxaracaq keçid prosesini dəstəkləməyə hazırıq”.

Qeyd edək ki, G7 ölkələrinə ABŞ, Almaniya, Fransa, Kanada, İngiltərə, İtaliya və Yaponiya daxildir.

media-ads_728_90
Paylaş