media-1200x100

Gürcüstan Avropa ölkələri üçün suverenlik nümunəsinə çevrilə bilər - Mixail Kavelaşvili

media-ads_728_90

“Mən Brüssel bürokratlarına yox, Avropa dəyərlərinə inanıram, Gürcüstan Avropa ölkələri üçün suverenlik nümunəsinə çevrilə bilər”.

“TV1” xəbər verir ki, bunu Gürcüstan prezidenti Mixail Kavelaşvili Fransa radiosuna müsahibəsində deyib.

O hakim “Gürcü Arzusu”nun bütün qərarlarının ölkənin milli maraqları əsasında müəyyən edildiyini deyib.

“Təəssüf ki, xarici dairələrdən asılı olan əvvəlki hökumətlərin dövründə bu heç vaxt baş verməyib. İnsanlar bunu aydın gördülər. Zurabişvili bəyan edib ki, Gürcüstan inkişaf baxımından Ukrayna və Moldovadan geri qalır, lakin insan haqları, demokratiya və iqtisadi göstəricilər üzrə statistik məlumatlar Gürcüstanın onlardan xeyli irəlidə olduğunu göstərir. Mən Brüssel bürokratlarına yox, Avropa dəyərlərinə inanıram. Cəsarətlə deyirəm ki, Gürcüstan Avropa ölkələri üçün suverenlik nümunəsinə çevrilə bilər. Donald Trampın fikirləri Gürcüstan hökumətinin mövqeyi ilə üst-üstə düşür. Avropada Gürcüstanda seçkilərin saxtalaşdırıldığını deyirlər. Avropa bürokratiyasının bizim üçün təşkil etdiyi bu təqib həqiqi Avropanı təmsil etmir”, – deyə M.Kavelaşvili bildirib.

M.Kavelaşvili Gürcüstana qarşı sanksiyalaın əks-təsir yaratdığını qeyd edib.

“Gürcüstana qarşı sanksiyalar əks effekt verir. Etirazlara gəlincə, yeni nəslin nümayəndələri olan bu gənclər məncə aldanıblar. Çünki seçkilərdə 18-ə yaxın partiya iştirak edib. 5%-lik baryerə yaxınlaşanların hamısının nəticələri əvvəlki sorğuların məlumatlarına uyğun olub. Seçkilərdə 2,2 milyon seçici iştirak edib”, – deyə M.Kavelaşvili bildirib.

media-ads_728_90
Paylaş