media-1200x100

Gürcüstan DTX-nın təxribatlarla bağlı BƏYANATI

media-ads_728_90

Gürcüstan Dövlət Təhlükəsizlik Xidməti (DTX) etiraz aksiyalarında planlaşdırılan təxribatlarla bağlı bəyanat yayıb.

“TV1” xəbər verir ki, qurumun bəyanatında hakimiyyət əleyhdarı qrupların bir neçə qurbanla ölkədə etirazları gərginləşdirməyi planlaşdırdığı qeyd edilib.

Qeyd olunub ki, təxribat dekabrın 14-də keçiriləcək prezident seçkilərinin qarşısını almaq üçün bu həftəyə planlaşdırılıb.

Bəyanatda bildirilib ki, məqsəd ölkədə radikal əhval-ruhiyyəni təşviq etmək, prosesləri idarəolunmaz hala salmaq və bütün bunlara görə hökuməti günahlandırmaqdır.

media-ads_728_90
Paylaş