media-1200x100

Gürcüstan parlamenti 49 müxalif deputatın mandatına son verib

media-ads_728_90

Gürcüstan parlamenti 49 müxalif deputatın mandatına son verib.

“TV1” xarici KİV-ə istinadən xəbər verir ki, qərar bir qədər əvvəl parlamentin sessiyasında keçirilən səsvermədə qəbul edilib.

Səsvermənin nəticəsini deputatlar alqışlarla qarşılayıblar. Parlamentdə müxalif partiyalardan yalnız sabiq Baş nazir Giorgi Qaxariyanın “Gürcüstan naminə” partiyasının 12 mandatı qalıb. Bununla da 150 yerlik Gürcüstan parlamentində yalnız 101 deputat qalıb.
Qeyd edək ki, 26 oktyabr seçkilərinin nəticələrini tanımadığını bəyan edən müxalifət koalisiyaları parlamenti legitim hesab etmədiklərini bəyan ediblər.

media-ads_728_90
Paylaş