media-1200x100

Gürcüstanda “Maydan” və ukraynalaşma olmayacaq - İrakli Kobaxidze

media-ads_728_90

“Gürcüstanda “Maydan” və ukraynalaşma olmayacaq. Bu proseslərin ardınca inqilab gəlir, “Maydan”ın və müharibənin dost ölkəmizə necə fəlakətlər gətirdiyini hamımız görürük”.

“TV1” xəbər verir ki, bu sözləri Gürcüstanın Baş naziri İrakli Kobaxidze jurnalistlərə açıqlamasında söyləyib.

O bildirib ki, uzun müddətdir ki, hökumət Gürcüstanın ukraynalaşmasına yol verməməkdən danışır və bunun fonunda konkret ölkələrin nümayəndələri “Maydan” ssenarisini hazırlamaqla məşğuldur və bu da dərin təhlil üçün əsas verir.

“Gürcüstanda nə “Maydan” olacaq, nə də ukraynalaşma. Görürsünüz, inqilab, “Maydan”, sonra bu proseslərin ardınca gedən müharibə ölkəmizə nə gətirdi. Əsas səylərimiz ölkəmizdə “Maydan”ın təkrarlanmasının qarşısını almağa, ən əsası isə konkret subyektlərin çox istədiyi və görünür, indi də arzuladığı “ikinci cəbhə”nin açılmasının qarşısını almağa yönəldilməlidir”, – deyə Baş nazir bildirib.

 

media-ads_728_90
Paylaş