Gürcüstanda parlament seçkilərinə qanunsuz xarici müdaxilənin daha bir sübutu… – Şalva Papuaşvili
Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili hesab edir ki, telekanalların xarici mənbələrdən maliyyələşdirilməsinin qadağan olunmasına radikal müxalifətin sərt reaksiyası onların bu prosesdən faydalandığını göstərir.
“TV1” xəbər verir ki, Ş.Papuaşvili bu barədə özünün sosial şəbəkə hesabında yazıb.
O, bu məsələnin araşdırılmasının vacib olduğunu vurğulayıb:
“İndiyə qədər heç yerdə açıq şəkildə bildirilməyib ki, Qvaramiya, Xazaradze və Kezeraşvilinin partiya təbliğat alətləri xarici hökumətlər tərəfindən maliyyələşdirilib. Ona görə də bu məsələnin aydınlaşdırılması vacibdir. Əgər bu fakt təsdiqlənərsə, Gürcüstanda parlament seçkilərinə qanunsuz xarici müdaxilənin daha bir sübutu olacaq”.