Hakan Fidan Londonda Ukrayna məsələsi ilə bağlı danışıqlarda iştirak edəcək
Türkiyənin xarici işlər naziri Hakan Fidan martın 2-də Londonda Ukrayna məsələsi ilə bağlı danışıqlarda iştirak edəcək.
“TV1” xəbər verir ki, o, ölkəsinin Rusiya-Ukrayna münaqişəsinin ölkələr arasında sülh bərqərar etməklə sona çatması üçün səylər göstərdiyini vurğulamaq niyyətindədir.
Bildirilir ki, nazir həmçinin 2022-ci ilin martında Rusiya ilə Ukrayna arasında birbaşa danışıqlar aparan Türkiyənin gələcəkdə bu rolu yenidən öz üzərinə götürməyə hazır olduğunu da bildirəcək.
Qeyd edək ki, martın 2-də Londonda Avropa liderlərinin sammiti keçiriləcək.