HAMAS azad edəcəyi əsirlərin siyahısını İsrailə təqdim edib
HAMAS hərəkatı sabah azad etməyi planlaşdırdığı əsirlərin siyahısını İsrailə təqdim edib.
“TV1” xəbər verir ki, siyahıda 6 İsrail vətəndaşı yer alır.
Məlumata görə, onlar 7 oktyabr 2023-cü ildə əsir götürülmüş Eliya Koen, Omer Şem-Tov, Omer Venkert və Tal Şoham, və müvafiq olaraq 2014 və 2015-ci illərdən bəri HAMAS-ın əsirliyində olan Avera Mengistu və Hişam əs-Seyiddir.
Qeyd edək ki, İsrail tərəfi hər mülki əsirə görə 30 fələstinli məhbusu, o cümlədən terrorda ittiham olunan fələstinlini sərbəst buraxır.
Xatırladaq ki, İsraillə Həmas arasında bağlanmış saziş əsasında Qəzza bölgəsində atəşkəs rejim yanvarın 19-dan etibarən atəşkəs rejimi və əsirlərin mərhələli şəkildə azad edilməsi elan olunub.