media-1200x100

HAMAS azad edəcəyi girovların siyahısını İsrailə göndərib

media-ads_728_90

HAMAS azad ediləcək girovların siyahısını İsrailə göndərib.

“TV1” xəbər verir ki, bu barədə HAMAS məlumat yayıb.

İsrail siyahını aldığını hələlik təsdiqləməyib.

İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir isə HAMAS-la sövdələşmə ilə əlaqədar istefa verdiyini açıqlayıb.

Qeyd edək ki, İsrail qırıcı təyyarələri Qəzzaya zərbələr endirməyə başlayıb.

Bu barədə İsrail Ordusu məlumat yayıb.

Qəzzadakı səhiyyə qurumu isə İsrail Ordusunun zərbələri nəticəsində ölənlərin sayının artıq 9 nəfərə çatdığını açıqlayıb.

 

media-ads_728_90
Paylaş