media-1200x100

HAMAS daha 3 girovu Beynəlxalq Qızıl Xaç Komitəsinə təhvil verib - FOTO

media-ads_728_90

HAMAS daha 3 girovu Beynəlxalq Qızıl Xaç Komitəsinə təhvil verib.

“TV1” xəbər verir ki, bu barədə İsrail mediası məlumat yayıb.

Məlumata görə, onların azadlığa buraxılması müqabilində İsrail 110 fələstinli məhbusu həbsdən azad edəcək. Beş Tailand vətəndaşının da bu gün azad edilə biləcəyi bildirilir.

HAMAS və İsrail arasında üçüncü girov mübadiləsi Qəzzada öldürülmüş HAMAS lideri Yəhya Sinvarın evinin qarşısında keçirilir.

2023-cü il oktyabrın 7-də HAMAS Qəzza zolağından İsrail ərazisinə keçib, sərhəd yaşayış məntəqələrinin sakinləri öldürülüb, 250-yə yaxın adam girov götürülüb.
Qəzza zolağında atəşkəs yanvarın 19-dan qüvvəyə minib. Həmin gün HAMAS üç israilli qadının da olduğu ilk girovu azad edib. İsrail buna cavab olaraq 90 fələstinli məhbusu həbsdən azad edib. Yanvarın 25-də HAMAS 4 girovu Qəzza zolağından azad edib. İsrail də öz növbəsində 200 fələstinlini həbsdən azad edib.

media-ads_728_90
Paylaş