media-1200x100

HAMAS İsrailə dörd əsirin meyitini təhvil verib

media-ads_728_90

Qəzza bölgəsində HAMAS hərəkatının üzvləri həlak olmuş dörd əsirin cəsədini İsrail tərəfinə təhvil verib.

“TV1” BBC-yə istinadən xəbər verir ki, bu barədə nəşləri təhvil verilən ilk qrupa Bibas ailəsinin üç üzvü – ana və onun doqquz aylıq və dörd yaşlı övladları daxildir.

Bu, Qəzza bölgəsində atəşkəs rejiminin qüvvəyə minməsindən bəri təhvil verilmiş ilk əsir meyitləridir.

HAMAS iddia edir ki, Bibas ailəsi İsrailin 2023-cü ilin noyabr ayında İsrailin həyata keçirdiyi aviazərbə nəticəsində həlak olublar. Rəsmi Təl-Əviv bu məlumatı təsdiq etmir və onların kimliyinin belə yalnız məhkəmə-tibbi ekspert müayinəsindən sonra təsdiqlənəcəyini bildirir.

Meyiti təhvil verilən dördüncü şəxsin isə 84 yaşlı pasifist fəal Oded Lifşits olduğu deyilir.

media-ads_728_90
Paylaş