media-1200x100

HAMAS sabah azad ediləcək 3 girovun adını açıqlayıb

media-ads_728_90

HAMAS İsraillə razılaşma çərçivəsində fevralın 15-də azad edilməsi planlaşdırılan 3 israilli girovun adını açıqlayıb.

“TV1” xəbər verir ki, bu barədə İsrail mediası məlumat yayıb.

Qeyd edilib ki, Aleksandr Trupanov, Sagi Dekel-Chen və Yair Horn sabah azad ediləcək. Sagi Dekel-Chen Qəzzada saxlanılan sonuncu Amerika- İsrail vətəndaşlarından biridir. Aleksandr Trupanov isə rusiyalıdır.

Bu, İsrail-HAMAS arasında girov-məhbus mübadiləsinin 6-cı raundu olacaq. Yanvarın 19-da Qəzza zolağında atəşkəs əldə olunandan bəri 18 girov (13 İsrail və 5 Tailand vətəndaşı) azad edilib.

media-ads_728_90
Paylaş