media-1200x100

Haniyə niyə Tehranda öldürülüb?

media-ads_728_90

İsrailin xüsusi xidmət orqanları Fələstinin HƏMAS hərəkatının Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyəni Qətərdə öldürmək imkanı əldə etsələr də, məhz İrana səfəri zamanı ona qarşı sui-qəsd törədilməsi qərarı veriblər.

“TV1” xəbər verir ki, bu barədə İsrailin xüsusi xidmət orqanlarındakı mənbələrinə istinadən “The Jerusalem Post” qəzeti məlumat yayıb.

Məlumatda bildirilir:

“Təhlükəsizlik mənbələri bildiriblər ki, Haniyənin təhlükəsizliyinə məhz İranın cavabdeh olduğu anda Tehranın mərkəzində sui-qəsd cəhdi seçimi edilib. Əgər İsrailin kəşfiyyat xidmətləri istəsəydilər, Qətərdə Haniyəni yox edə bilərdilər. Lakin iki səbəbə görə Tehranı seçdilər: birincisi, HƏMAS liderindən yaxa qurtarmaq üçün. Daha çox isə, İranı gələcəkdə onun Yaxın Şərqdə alovu nə dərəcədə yüksəltmək istədiyi və həmçinin necə cavab verəcəyi ilə bağlı dilemma ilə üz-üzə qoymaq üçün”.

media-ads_728_90
Paylaş