Hava şəraiti ilə əlaqədar dənizdə təhlükəsizlik tədbirləri gücləndirilib
Ölkə ərazisində hava şəraitinin kəskin dəyişməsi, küləkli, qeyri-sabit keçməsi ilə əlaqədar Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) tabeliyində “Azneft” İB-nin istehsalat sahələrində təhlükəsizlik tədbirləri gücləndirilib.
“TV1” xəbər verir ki, bu barədə SOCAr-ın məlumatında bildirilir.
Qeyd olunur ki, təhlükəli işlərin görülməsi məhdudlaşdırılıb, əmək normaları çərçivəsində insan sağlamlığının qorunması üçün müvafiq tədbirlər görülüb. Bununla yanaşı, bütün sahələrdə maarifləndirmə işləri aparılır, dənizdə yerləşən bir sıra istehsalat sahələrindən təxliyyələr olunub, mövcud vəziyyət nəzarətdə saxlanılır.