media-1200x100

Havanın temperaturu yüksələcək - XƏBƏRDARLIQ

media-ads_728_90

Növbəti iki gün ərzində Azərbaycanda havanın temperaturu yüksələcək.

“TV1” xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin məlumatında bildirilir.

Məlumatda qeyd olunur ki, avqustun 6-da Bakıda və Abşeron yarımadasında havanın maksimal temperaturunun 35-38° isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında avqustun 6-7-də havanın maksimal temperaturunun Naxçıvan MR və Aran rayonlarında 35-38° isti, bəzi yerlərində 40° isti, dağlıq ərazilərdə 25-30° isti olacağı gözlənilir.

media-ads_728_90
Paylaş