Hazırda Bakıda küləyin sürəti saniyədə 22 metrə çatır – FAKTİKİ HAVA

media-ads_728_90

Sentyabrın 25-i saat 9:00-a olan faktiki hava açıqlanıb.

“TV1” xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki,  ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib. Lakin Quba-Qusar bölgəsinin bəzi yerlərində arabir yağış yağır.

Düşən yağıntının miqdarı Qusarda 7, Xaçmaz və Qubada 1 millimetrədək qeydə alınır.

Hazırda şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti saniyədə Bakıda və Abşeron yarımadasında 22, Neftçalada 20 metrə çatır.

media-ads_728_90
Paylaş