media-1200x100

Heç bir problem ABŞ-la danışıqlarla həll olunmayacaq - Xamenei

media-ads_728_90

ABŞ-la danışıqların İranın problemlərinin həllinə heç bir təsiri yoxdur.

“TV1” xəbər verir ki, bunu İranın Ali Rəhbəri Seyid Əli Xamenei Hərbi Hava və Hava Hücumundan Müdafiə qüvvələrinin komandanları ilə görüşündə deyib.

“Elə zənn etməyin ki, o hökumətlə danışıqlar masasına otursaq, hansısa problem həll olunacaq. Xeyr, heç bir problem Amerika ilə danışıqlarla həll olunmayacaq. Niyə? Biz ABŞ və digərləri ilə 2 il danışıqlar apardıq. Razılaşma əldə olundu, lakin ABŞ-ın hazırkı prezidenti buna əməl etmədi və onu parçaladı”, – deyə İranın Ali Rəhbəri vurğulayıb.

Xamenei ABŞ tərəfindən təhdidlərin olacağı təqdirdə, onların cavabsız qalmayacağını bəyan edib.

media-ads_728_90
Paylaş